Benzema transferi gələn həftə açıqlanacaq–

22:28 4 İyun 2023

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu fransalı hücumçu Kərim Benzema ilə müqavilə üzrə razılığa gəlib.

 

Sportarena.az “Əl-Ekhbariya” telekanalına istinadən xəbər verir ki, 35 yaşlı futbolçu ilə müqavilə 2 mövsümlük olacaq.

 

Benzema gələn həftə “Əl-İttihad”a keçidini tamamlamaq üçün Səudiyyə Ərəbistanına dəvət olunub. Onun transferinin elan olunması gələn həftə gözlənilir.

 

Daha əvvəl “Əl-İttihad”ın fransalı hücumçuya illik 100 milyon avro təklif etdiyi bildirilirdi.

 

İyunun 4-də “Real” Benzemanın mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.

 

Benzema 2009-cu ildən Madrid klubunda çıxış edir. O, ümumilikdə “kral klubu”nda 647 oyun keçirib, 353 qol vurub və 165 məhsuldar ötürmə verib.


Digər xəbərlər

Xəbər xətti