Almaniya mətbuatı Emil Balayevi yaman təriflədi

01:12 16 Dekabr 2014

Azərbaycanın gənclərdən ibarət milli komandasının və "Neftçi” klubunun qapıçısı Emil Balayevin "Ayntraxt”a transferi Almaniyada da böyük əks-səda doğurub.

Sportarena.az xəbər verir ki, Emil Balayevin dünənki mətbuat konfransındakı fikirlərinə də yer verən həmkarlarımızın fikrincə, 20 yaşlı qolkiper Bundesliqada özünü sübut edəcək səviyyədədi. Onun bir müddət Frankfurt klubunda baxışda olduğu və məşqçilər korpusu tərəfindən bəyənildiyi də xüsusi qeyd edilib. Ən diqqətçəkəni isə "Şaaf "Ayntraxt”ın qapısını etibarlı əllərə təhvil verir” sərlövhəli başlıq idi.

Emil Balayev noyabrın 26-dan dekabrın 12-nə kimi "Ayntraxt”ın düşərgəsində baxışda olub və klub tərəfindən bəyənilərək transfer edilib. Onun Frankfurt təmsilçisi ilə 18 aylıq müqavilə imzalayacağı bildirilir.


Xəbər xətti