"Xəzər-Lənkəran"ın futbolçusu ölkədən qaçıb ?

12:40 16 Dekabr 2014

"Xəzər Lənkəran"ın futbolçusu Qalin İvanov dünən məşqə qatılmayıb. Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib.

 

Klub rəsmisi bildirib ki, hazırda bunun səbəbini araşdırırlar: "İvanov dünən kebirilən bərpa məşqinə qatılmayıb. Səbəbi məlum deyib. Çünki telefonları qapalıdı. Dünən komandanın inzibatçısına zəng vuraraq məşqin yerini və saatını da soruşub. Amma məşqə qatılmayıb. Bu gün qaranlıq məsələləri araşdırıb ətraflı bilgi verəcəyik".

 

Onun Azərbaycanı tərk edib-etməməsi barədə sualımıza isə Hüseyn Cəbrayıloğlu "Onu da bu gün araşdıracağıq" cavabını verib.

 

Qeyd edək ki, bir neçə gün əvvəl "Xəzər Lənkəran"ın başqa bir futbolçusu - Deyan Blajievski icazəsiz Makedoniyaya yollanıb. Futbolçu ailə problemini əsas gətirib və klub rəhbərliyinə bunu mesajla bildirib. 

 

Onu da qeyd edək ki, yayda Sofiya "Slaviya"sından transfer edilən İvanov Premyer Liqada 15 oyun keçirib (1016 dəqiqə) və 6 qol vurub. (fanat.az)


Digər xəbərlər

Xəbər xətti