AFFA "Qəbələ"nin masajistini cəzalandırdı

15:31 16 Dekabr 2014

Bu gün AFFA İntizam Komitəsinin növbəri iclası keçirilib. 

Sportarena.az xəbər verir ki, İK Azərbaycan Premyer Liqasının son turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar verib.

XVI turun “Bakı” – “Xəzər Lənkəran” matçında “Bakı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

“Qəbələ” – “Qarabağ” matçının 90+3-cü dəqiqəsində “Qəbələ” klubunun masajisti Namiq Hüseynov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 1000 manat cərimələnib.


Xəbər xətti