SON XƏBƏR - "Neftçi" bu iki legioneri yola salır

16:12 16 Dekabr 2014

Heç də yaxşı oyun sərgiləməyən "Neftçi” klubu heyətdə ciddi islahatlar aparmağı düşünür.

Sportarena.az xəbər verir ki,baş məşqçi Arif Əsədov klub prezidentinə komandanı çempion edəcəyinə söz verib. Bunun qarşılığında isə bir neçə yeni oyunçu istəyib. Belə ki, Əsədov müdafiənin sağ və yol cinaha legioner futbolçu alınmasını istəyir. Eləcə də hücuma meyilli – oyun qurucusu olan səviyyəli bir futbolçu.

 

Arif Əsədovun qara siyahısına düşən iki futbolçunun da adı məlumdur. Kluba yaxın mənbədən aldığımız məlumata görə, baş məşqçi müdafiəçi Denis Silvayla qapıçı Saşa Stamenkoviçi heyətdə görmək istəmir. "Bakı”dan heyətə cəlb edilən qapıçı Aqil Məmmədovun gəlişindən sonra isə Saşanın legioner limitinə görə ehtiyatda qalacağı məlumdur. Bu səbəbdən də, klub rəhbərliyi yüksək ödənişli qapıçını komandada saxlamaq qistəmir. Əgər gutbolçularla danışıqlar baş tutsa, yəni onlara konpensasiya ödənilmədən getmələrinə nail olunsa, o zaman hər iki oyunçuyla bu ayın sona vidalaşılacaq. Əks halda isə klub onları yollamaq üçün yayı gözləyəcək. Çünki futbolçuların klubla müqaviləsi gələn ilin yayında başa çatacaq. (Goal.az)


Digər xəbərlər

Xəbər xətti