"Xəzər Lənkəran" çempion önünə itkilərlə çıxacaq

16:49 16 Dekabr 2014

"Xəzər Lənkəran" "Qarabağ"la oyunun hazırlıqlarını davam etdirir.

Sportarena.az xəbər verir ki, Lənkəran təmsilçisi bu görüşə ciddi itkilərlə çıxacaq. Rauf Əliyev və Manuel Skarlatake zədə, Afred Sanko isə cəza səbəbindən bu görüşü buraxacaq. Digər zədəli Rasim Ramaldanovun bu qarşılaşmada iştirak edəcəyi sual altındadır.

 

"Ağ-yaşıllar"ın yarımmüdafiəçisi Deyan Blajevski isə ümumiyyətlə Azərbaycanda deyil, hətta onun kluba geri dönməyəcəyi də bildirilir.

 

"Xəzər Lənkəran"-"Qarabağ" görüşü 18 dekabr, saat 17:00-da Xəzər Lənkəran mərkəzi stadionunda baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti