“Qarabağ”da gözlənilməz ayrılıq - Nurlan İbrahimov vəzifəsindən uzaqlaşdırılır ?

18:00 16 Dekabr 2014

“Qarabağ”da Avroliqadakı uğursuzluqlardan sonra komanda daxilində də problemlər yaşanmaqdadır. 
 

Sportarena.az xəbər verir ki, “Derbi.az”-a daxil olan məlumata görə klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov vəzifəsindən uzaqlaşdırılır. Deyilənə görə, azerisport.com saytının baş redaktoru Vüqar Zeynalovla aralarında yaşanan problemə mətbuat katibinin qovulması ilə nəticələnə bilər.Məsələ ilə bağlı Nurnal İbrahimov bunları deyib: "Bu barədə heç nə danışmaq istəmirəm. Komandanın qarşıda oyunu var, istəmirəm başqa söz-söhbətlər meydana çıxsın. Bu kollektivdəki uzun illərimin xatirinə susmağa üstünlük verirəm." 

Klubdan ayrılacaqsanmı sualımıza isə İbrahimov qeyri-müəyyən cavab verib: "İşimin başındayam. Ancaq yaxın günlərdə məsələyə aydınlıq gələcək."

Məsələnin tam olaraq nə olduğunu bilməsək də bizə çatan məlumata görə Vüqar Zeynalov hansısa bir məsələ ilə bağlı Nurlan İbrahimovdan "Qarabağ" rəhbərliyinə şikayət edib.


Digər xəbərlər

Xəbər xətti