Nurlan İbrahimovun "Qarabağ"dan "qovulması" məsələsinə aydınlıq gəldi

19:00 16 Dekabr 2014

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun işdən uzaqlaşdırılması ilə bağlı xəbərlər yayılıb.

 

Məsələyə aydınlıq gətirmək üçün klubun  icraçı direktoru Əmrah Çəlikəllə əlaqə saxladıq. İcraçı direktor xəbərin doğru olmadığını bildirdi. O Nurlanın işinin başında olduğunu vurğuladı:

 

“Nurlan klubdan uzaqlaşmayıb. O işinin başındadır. Mətbuatda yayılan xəbərlər doğru deyil. Bizim Nurlanla vidalaşmaq fikrimiz yoxdur”. (publika)

 


Digər xəbərlər

Xəbər xətti