"Xəzər Lənkəran" doğma şəhərə gəlir

01:00 17 Dekabr 2014

Premyer Liqanın XVII turu çərçivəsində, dekabrın 18-də “Qarabağ” klubunu “Fırtınalar meydanı”nda qəbul edəcək “Xəzər Lənkəran” doğma şəhərə gəlir.
 

Komanda dekabrın 17-də səhər saatlarında paytaxtdan Lənkərana yollanacaq. Cənub şəhərinə çatdıqdan sonra əvvəlcə maaşları ödəniləcək futbolçular qısa istirahətin ardından sonra oyunöncəsi son məşqə çıxacaqlar.

Qeyd edək ki,əsas heyətdən fərqli olaraq əvəzedicilər növbəti ev oyununu səfərdə keçirəcək. Belə ki, gənclərin sərəncamında olan ehtiyat meydançanın ot örtüyü hələ tam yenilənmədiyindən əvəzedicilərimiz “Qarabağ”ın əvəzedici heyətini dekabrın 17-də saat 14:00-da Bakının “Dalğa Arena” stadionunda qəbul edəcək.

 

12cioyuncu.info  


Digər xəbərlər

Xəbər xətti