Klublararası dünya çempionatı: "Real" rəqibinə şans vermədi - VİDEO

04:09 17 Dekabr 2014

Mərakeşdə keçirilən klublar arası dünya çempionatı davam edir.

Sportarena.az xəbər verir ki, Çempionlar Liqasının qalibi Madrid “Real”ı Meksikanın “Krus Asul” klubu ilə yarımfian mərhələsində qarşılaşıb.

 

Bu oyunda madridlilər çətinlik çəkmədən rəqibinə qalib gəlib. “Real”ın heyətində Serxio Ramos, Kərim Benzem, Qaret Beyl və İsko fərqlənib. Karlo Ançelottinin komandası 4:0 hesabı ilə qalib gələrək adını finala yazdırıb. “San-Lorenso” (Argentina) - "Oklend Siti" (Yeni Zelandiya) cütünün qalibi finlda “Real”la qarşılaşacaq.

 

“Krus Asul” (Meksika) – “Real” (Madrid, İspaniya)  0:4
Qollar: Ramos, 15, Benzema, 36, Beyl, 50, İsko, 72

 

 


Xəbər xətti