Roman Qriqorçuk "Çernomorets"dən ayrıldı, "Qəbələ"yə gəlir

11:08 17 Dekabr 2014

"Qəbələ"nin baş məşqçi postuna keçəcəyi gözlənilən Roman Qriqorçuk Ukraynanın "Çernomorets" klubu ilə müqaviləni pozub.

Sportarena.az xəbər Odessa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, mütəxəssis klubla anlaşmanı qarşılıqlı razılıq əsasında ləğv edib. Qriqarçukun yerinə "Çernomorets"ə bunadək klubun U-19 və U-21 komandalarında çalışmış Aleksandr Babiç təyin olunub. "Qəbələ" ilə ilyarımlıq müqavilə imzalayacağı gözlənilən 49 yaşlı məşqçi “Çernomorets" klubunu 2010-cu ildən çalışdırır. 


Digər xəbərlər

Xəbər xətti