Prosineçki Premyer Liqanın XVII turunun hansı matçını izləyəcək ?

11:45 17 Dekabr 2014

Azərbaycan millisini baş məşqçisi Robert Prosineçki  dekabrın 17-də, saat 10:00-da Sumqayıt  şəhərindəki "Kapital arena" stadionunda  keçiriləcək  16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilə “Sumqayıt” klubun U-17 komandası arasında  yoldaşlıq oyununu canlı izləyəcək.

 

Sportarena.az xəbər verir ki, xorvatiyalı mütəxəssis bu qarşılaşma ilə yanaşı Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində, saat 14:00-da, “Bakı” FK-nın Təlim-Məşq Bazasının stadionunda başlanacaq  "Bakı" – AZAL matçına da stadiondan baxacaq.


Xəbər xətti