"Xəzər Lənkəran"ın vitse-prezidenti düşərgədən qaçan futbolçulardan danışdı : "Kimsə klubdan qaçıb, FİFA-ya gedib, şikayət edə bilməz"

13:20 17 Dekabr 2014

"Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov bu yaxınlarda düşərgədən ayrılan Deyan Blajevski və Qalin İvanovla bağlı açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, Nadirov xüsusilə düşərgədən xəbərsiz qaçan İvanovla bağlı sərt danışıb: "Deyan Blajevskinin ailə problem var. Bizdə olan qeyri-rəsmi məlumata görə, Qalin İvanovu da bir klubun məşqçisi dəvət edib ki, nə edirsən et, “Xəzər Lənkəran”dan çıx, gəl bura. Təbii ki, bu da cəfəngiyat söhbətlərdi. Alınan iş deyil. Bilirsiz, klubun işçisi, futbolçusu, kim olursa-olsun, ona qarşı öhdəliyimizi yerinə yetirə bilməsək, narazılıq olar. Futbolçular heç biri bundan şikayət edə bilməz. Qalin İvanov da klubumuzda uğurlu çıxış etdiyi üçün digər komandaların marağına səbəb oldu. Artıq onun agentinə də, hüquqşunasa da öz iradımızı bildirmişik. Müvafiq qurumlara məktub da göndərmişik. Ona müəyyən vaxt da qoymuşuq ki, həmin müddətə qədər komandaya qoşulmalıdı. Əks halda FİFA-nın qaydalarına qeyd olunan sanksiyalar düşərgədən qaçan futbolçuya tətbiq olunur. Kimsə klubdan qaçıb, FİFA-ya gedib, şikayət edə bilməz. Prosedur qayda var və buna əsasan hərəkət etməlidi. Qaydaya əsasən, durum haqda birinci kluba, ikinci AFFA-ya, daha sonra isə FİFA-ya şikayət etməlidi. Hüqunşunaslar da onun atdığı addıma haqq qazandırmır".


Digər xəbərlər

Xəbər xətti