Rusiyalı məşqçi: "Azərbaycandan təklif var" - AÇIQLAMA

20:34 17 Dekabr 2014

Rusiyalı futbol mütəxəssisi Rüstəm Xuzin Azərbaycan Premyer Liqasında çıxış edən klubların birindən təklif alıb. 

Sportarena.az xəbər verir ki, o, bu barədə yerli mətbuata açıqlamasında məlumat verib:

"Azərbaycan Premyer Liqasında çıxış edən klubların birindən təklif var. Klubun adını hələ açıqlamayacağam. Yeni ilə qədər rəhbərliklə danışacağıq və hər şeyə aydınlıq gələcək. Təklif çox maraqlıdır. Komanda da gənc və yenidir. Qarşısında məlum hədəflər var. Yaxşı düşünmək lazımdır".


Digər xəbərlər

Xəbər xətti