"Euronews" telekanalı "Bakı-2015"lə bağlı reportaj yayımladı

22:00 17 Dekabr 2014

“Euronews” telekanalında “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı reportaj yayımlanıb.

Sportarena.az AzərTAc-a istinadən xəbər verir ki, reportajda Bakının tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi edəcəyi vurğulanıb. Gələn il iyunun 12-dən 28-dək davam edəcək idman tədbirinə hazırlıq işləri, həmçinin Oyunların keçiriləcəyi idman obyektləri haqqında ətraflı məlumat verilib.

Paytaxtda Olimpiya Stadionunun inşasına da geniş yer ayrılan reportajda qeyd edilib ki, 68 mindən çox tamaşaçı tutumlu arenanın ərazisində parklar, eləcə də atletlər üçün təlim-məşq yerləri yaradılır.

Reportajda, həmçinin Bakının şimal-qərb hissəsində yerləşən Atletlər Kəndi haqqında da məlumat verilib. Bildirilib ki, Atletlər Kəndində idmançıların və komanda rəsmilərinin təhlükəsizliyi və rahatlığı üçün hər cür şəraitlə təmin ediləcək.


Xəbər xətti