Premyer Liqa : "Qarabağ" "Xəzər-Lənkəran"ı məğlub etdi - CANLI YAYIM + YENİLƏNİB

18:52 18 Dekabr 2014

Bu gün “Xəzər Lənkəran” Premyer Liqanın XVII turu çərçivəsində “Qarabağ” klubunu qəbul edəcək.

“Fırtınalar meydanı”nda saat 17:00-da start götürəcək qarşılaşmanı Orxan Məmmədovun başçılıq edəcəyi hakimlər briqadası idarə edəcək. Baş hakimə yan xəttlərdə Mehman Mahmudov və Knyaz Əmiraslanov, eləcə də dördüncü hakim Ramil Diniyev kömək edəcəklər.

Qeyd edək ki, “Xəzər Lənkəran”ın heyət baxımından problemləri vardır. Belə ki, düşərgəni tərk edən Deyan Blajevski və Qalin İvanovdan başqa Rauf Əliyev və Adrian Skarlatake zədəli, Alfred Sankou isə cəzalı olduqları üçün komandaya kömək edə bilməyəcəklər.

 

17:00.“Xəzər Lənkəran” – “Qarabağ”  2-2 (İkinci hissə)

Qol. M.Muarrem,7, 63, R.Ramaldanov,17, S.Tounkara,56, B.Hüseynov,81
“Xəzər Lənkəran” mərkəzi stadionu

 

 


Digər xəbərlər

Xəbər xətti