"Qalatasaray"ın futbolçusu həbs edildi

02:17 18 Dekabr 2014

Müqavilə ilə "Qalatasaray"a məxsus olan "Balıkesirspor"un hücumçusu Sercan Yıldırım vergiləri gecikdirdiyi üçün həbs cəzasına məhkum edilib.

Sportarena.az xəbər verir ki, vergi borcuna görə işi məhkəmə icraatına verilən futbolçu 3 ay müddətinə azadlıqdann məhrum olunub. 2 ay öncə Bursadakı evindən bəzi əşyaları müsadirə edilən futbolçu cəzası barədə danışıb:

"Borc Bursada keçmiş dönəmdə açdığımız bir restorana görə yaranmışdı. Fırıldaqçılıq, saxtakarlıq və qeyri-obyektiv məhkəmə mənim barəmdə həbs cəzası müəyyənləşdirib. Vəklimlə görüşən zaman appelyasiya şikayəti vermək hüququmuzun olduğunu və bu istiqamətdə lazımi tədbirləri görəcəyini bildirdi. Əsas etibarilə ortaya atılan bu qərar xəbərim olmadan imzalanmış sənədlərin ucbatındandır".


Digər xəbərlər

Xəbər xətti