"Qəbələ"ni aldatdı, millimizin rəqibinin baş məşqçisi oldu

11:00 18 Dekabr 2014

Millimizin "Avro-2016"nın qrup mərhələsindəki rəqibi Bolqarıstan millisinin yeni baş məşqçisi açıqlanıb.

Sportarena.az xəbər verir ki, yığma komanda İvaylo Petevə tapşırılıb. 39 yaşlı mütəxəssislə ilə üç illik müqavilə imzalanıb.

Xatırladaq ki, İ.Petev 2010-2013-cü illərdə “Ludoqorets”ı çalışdırıb. Onun son iş yeri Kiprin AEL klubu olub.

Petev yayda "Qəbələ"yə gələcəyin desə də, sonradan fikrindən daşınaraq vəzifəsində qalmışdı.


Digər xəbərlər

Xəbər xətti