Yeniyetmə güləşçilərimiz Kaspiyskdə qüvvəsini sınayacaq

04:00 18 Dekabr 2014

18-19 dekabr 2014-cü il tarixdə Dağıstanın Kaspiysk şəhərində sərbəst güləş üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçiriləcək. Turnirdə yeniyetmə sərbəst güləş yığmamızın üzvləri iştirak edəcək. 

Yığma komandanın böyük məşqçisi Nazim Əlicanov və məşqçi Rövşən Umudovun rəhbərliyi altında qonşu respublikaya 8 güləşçimiz yollanıb. Heyətdə Şahin Muxtarov (42 kq), Röyal Ağamalıyev (46 kq), Əliabbas Rzazadə (50 kq), Kənan Ağamalıyev (54 kq), Almazbek Süleymanov (58 kq), Hüseyn Hüseynzadə (63 kq), Şahmar Əzimov (76 kq) və Əli Əminov (100 kq) yer alıb. 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Murad Əliyev təmsil edəcək. 


Digər xəbərlər

Xəbər xətti