Fransa kuboku : "Sent Etyen" növbəti mərhələdə

11:25 18 Dekabr 2014

Fransa ölkə kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.

Sportarena.az xəbər verir ki, bir oyundan ibarət olan kubok yarışlarında Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olmuş “Sent-Etyen”də mübarizə aparıb.

 

“Loryan”ın qonağı olan “yaşıllar” rəqibini 1:0 hesabı ilə məğlub edərək, növbəti mərhələyə adlayıb. Bu görüşdə “Sent-Etyen”in yeganə qolunu 48-ci dəqiqədə Romen Amuma vurub.


Xəbər xətti