"Xəzər-Lənkəran" rəsmisi : "Stadiona baxan mütəxəssis artıq heç bir problemin olmadığını deyib" - AÇIQLAMA

12:18 18 Dekabr 2014

Sonuncu dəfə Premyer Liqanın XI turunda Lənkəranda oyun keçirən “Xəzər Lənkəran” bu gün 46 günlük həsrətə son qoyaraq doğma arenada “Qarabağ”ı qəbul edəcək.

 

Qarşılaşmanın Lənkəranda baş tutacağı çoxdan bilinsə də, “ağ-yaşıllar” hələ də hava durumuna görə narahatdı.

 

Meydançanın ot örtüyü yeni olduğundan, hələ də kövrəkdi və güclü yağış ay yarımdı çəkilən əziyyəti hədər edə bilər. Lakin cənub klubunun icraçı direktoru Höccət Hacıyev bu gün güclü yağışın gözlənilmədiyini deyib: “Üç gündü Lənkəranda yağış var idi. Bu gün hava yaxşıdı. Stadiona baxan mütəxəssis artıq heç bir problemin olmadığını deyib. Təbii ki, yağış yağarsa, ot örtüyünə təsirsiz ötüşməyəcək. Amma etiraf etmək lazımdı ki, istənilən zonada güclü yağış ot örtüyünü ağırlaşdırır. İstənilən halda, oyun Lənkəran stadionunda keçiriləcək”.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” son iki ev oyununu Bakıda keçirib. Komanda bu görüşlərdə “Neftçi” ilə qollu (2:2) heç-heçə edib, “Qəbələ”yə böyük hesabla (3:0) qalib gəlib. (apasport)


Digər xəbərlər

Xəbər xətti