"Bu heç-heçəni qələbəmiz kimi görürəm" - AÇIQLAMA

17:51 18 Dekabr 2014

Azərbaycan Premyer Liqasının XVII turunda “Sumqayıt” “Qəbələ”ni qəbul etdi. Oyun 1-1 hesabı ilə yekunlaşdı.

Sportarena.az xəbər verir ki, “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov qarşılaşma haqqında bunları söyləyib:

 

“Oyuna görə öz komandama təşəkkür edirəm. Futbolçular bütün göstərişləri yerinə yetirdilər. Bu heç-heçəni qələbəmiz kimi görürəm. Futbolçulara, azarkeşlərə təşəkkürümü bildirirəm. Mən düşünürəm ki, “Qəbələ” bir xal qazandı, biz isə qələbəni əldən verdik, itirdik”.


Xəbər xətti