Qurban Qurbanov "Xəzər-Lənkəran"la oyundan danışdı

19:30 18 Dekabr 2014

Azərbaycan Premyer Liqasının 17-ci turunun maraqlı görüşlərindən biri Lənkəranda baş tutdu. Bu oyunda “Qarabağ” “Xəzər Lənkəran”ı 3-2 hesabı ilə məğlub etdi.

Sportarena.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov qarşılaşma haqqında bnunları söyləyib:

 

"Fanatlar üçün çox maraqlı oyun alındı. Onlara öz təşəkkürümü bildirmək istəyirəm. Həmişə bizə dəstək olurlar. Nəticəyə gəldikdə, çox vacib 3 xalı qazandıq. Avropa Liqasında mübarizəni dayandırdıqdan sonra nəhayət ki, qələbə qazandıq. "Xəzər Lənkəran" komandasına uğurlar arzulamaq istəyirəm. Biz isə qarşıdakı oyunlara hazırlaşıb, lazım olan nəticəni qazanmağa çalışacağıq".


Xəbər xətti