"Neftçi"nin baş məşqçisi : "Çatışmazlıqlar nəticəyə təsir etdi" - AÇIQLAMA

20:20 18 Dekabr 2014

Azərbaycan Premyer Liqasının 17-ci turunda “Neftçi” “İnter”ə 1-2 hesabı ilə məğlub oldu. Həmin oyundan sonra komandanın baş məşqçisi Arif Əsədov düşüncələrini paylaşıb.

Sportarena.az xəbər verir ki, “Neftçi”nin baş məşqçisi Arif Əsədov qarşılaşma haqqında bunları söyləyib:

 

“İki fərqli hissə izlədik. Komanda ilk hissədə tapşırıqları yerinə yetirdi, istədiyimiz qolu vurdu. İkinci hissədə isə tapşırıqlar yerinə yetirilmədi. Səbəblər var. Heyətdə problemlər mövcuddur. Bəzi oyunçular öz mövqeyində oynamırdı ki, bu da məcburiyyətdən atılan addım idi. Çatışmazlıqlar nəticəyə təsir etdi. Məğlubiyyətə baxmayaraq, irəli baxırıq. Ola bilər ki, komanda ikinci hissəyə arxayın çıxmışdı”. 


Xəbər xətti