"İnter" topa daha çox nəzarət etdi" - AÇIQLAMA

21:00 18 Dekabr 2014

Azərbaycan Premyer Liqasının 17-ci turunda “İnter” “Neftçi” üzərində 2-1 hesablı qələbə qazandı.

Sportarena.az xəbər verir ki, “İnter”in məşqçisi Roman Cəfərov qarşılaşma haqqında bunları deyib:

 

“İnter” oyun ərzində topa daha çox nəzarət etdi. Oyun çox maraqlı keçdi. İlk hissədə bir səhvimiz oldu və bu da qolla nəticələndi. Baş məşqçi matçın gedişində iki düzgün əvəzetmə etdi. Bu əvəzetmələr nəticədə özünü göstərdi. Futbolçuların çıxışından razıyam, onlara təşəkkür edirəm”.


Digər xəbərlər

Xəbər xətti