"Arena" verilişində "Xəzər-Lənkəran", "Neftçi" və "Qəbələ"nin hazırkı durumundan danışıldı - FOTO + VİDEO

03:00 19 Dekabr 2014

"İnterAz" televiziyasında "Arena" verilişinin növbəti buraxılışı efirə yayımlanıb.

Sportarena.az xəbər verir ki, müəllif və aparıcısı Rüfət Nadirli olan verilişin bu dəfəki qonaqları "Xəzər-Lənkəran"ın əvəzedicilərinin sabiq çalışdırıcısı, vaxtilə Masallı klubunun baş məşqçisi olmuş və hazırda Lənkəran UGİM-nin direktoru olan Fazil Əsədov, o cümlədən "Rəvan"ın U-19 komandasının baş məşqçisi Fizuli Məmmədov olub.Verilişdə Premyer Liqanın növbəti turunun müzakirəsi aparılıb. Qonaqlar veriliş zamanı "Xəzər-Lənkəran", "Neftçi" və "Qəbələ"nin hazırkı durumuna geniş şəkildə toxunaraq, indiki halda həmin klublarda olan problemlərdən danışıblar.

Qeyd edək ki, verilişin baş sponsoru AAAF Park Yaşayış Kompleksi, sponsoru isə "Zirvə" İK-dur.

 

 


Xəbər xətti