"Qarabağ" prezidentin ayırdığı 1 milyonu hara xərcləyəcək? - MÜSAHİBƏ

15:29 19 Dekabr 2014

"Qarabağ"ın direktoru Əmrah Çəlikəlin report.az-a müsahibəsi

 

- "Xəzər Lənkəran"la oyun haqqında fikirləriniz necədi?

- Hər iki tərəf yaxşı oyun göstərdi. Meydanda mübarizə var idi və qarşılıqlı hücumlar olurdu. Qələbə münasibətilə komandamı təbrik edirəm. Açıq oyun getdiyi üçün hər kəs zövq aldı. Bir turdan sonra çempionatda fasilə olacaq. Son görüşdə "Sumqayıt"a qalib gələrək fasiləyə yollanmaq istəyirik.

 

- Fasilə planınız necə olacaq?

- Qış təlim-məşq toplanışını Antalyada keçirəcəyik. Komanda yanvarın 10-da bir araya gələcək. Ondan sonra məşqlərə başlanılacaq.

 

- "Qarabağ" iddiasını davam etdirir. Bu səbəbdən heyətdə hansı dəyişikliklər olacaq, yeni transferlər gözlənilir?

- Bizim üçün ilk olaraq Qurban Qurbanovun fikri əsasdı. O, nə düşünürsə, onu dəstəkləyəcəyik.

 

- Bu barədə baş məşqçiyə təklifiniz olub?

- Xeyr, baş məşqçimiz bu məsələdə azaddı. Biz onun işinə müdaxilə etmirik.

 

- Prezident tərəfindən "Qarabağ"a 1 milyon manat mükafat verilib. Həmin puldan transfer üçün istifadə ediləcək?

- Əlbəttə ki, bu vəsait kluba kömək kimi ayrılıb. Bunun üçün cənab prezidentə təşəkkür edirik. Bizə yüksək səviyyədə stimul verdi. Bu məbləğ də klubun işləri üçün istifadə olunacaq.

 

- Prezidentin sizi qəbul edəcəyini gözləyirdiniz?

- Təbii ki, gözləyirdik. Oraya getmək, orda olmaq böyük stimuldu. Prezidentin bizə bu cür dəstək verməsi gözlədiyimizdən də artıq oldu.

 

- Bəzi iddialara görə, İtaliya "İnter"i ilə oyununuzu idarə edən hakimlər briqadası səhvə yol verdiklərini etiraf edib. Bu məqam daha qaneedici qərarın çıxarılmasına nə dərəcədə təsir edə bilər?

- Bununla bağlı vəkilimiz işləyir. Artıq müəyyən şahidlər də var və onların adları qeyd olunacaq. Hakimlər səhvlərini etiraf etsələr də, sonrakı peşmançılıq fayda verməz. Görək nəyə nail ola bilirik. Biz bu gün haqqımızın bərpası üçün mübarizə aparırıq. 


Xəbər xətti