Berti Foqts Ruslan Abışova necə “torba” tikib? - AÇIQLAMA

Sportarena.az      20 Dekabr 2018, 13:11

“Ruslan Abışova hansısa haqsızlıq etməmişəm. "Rubin"də ikili standartlara yer yoxdur. Tələblər hər kəs üçün eynidir. Kim bunun öhdəsindən yaxşı gəlirsə, o da oynayır. Hər şey çox sadədir”. 
 

Sportarena.az rekord.az-a istinadən xəbər verir ki, bu sözləri “Rubin” (Kazan) klubunun baş məşqçisi Rinat Bilyaletdinov komandasının "Qəbələ"də icarə əsasında oynayan futbolçusu Ruslan Abışov haqda danışarkən deyib.

Yüksək sürətdə oynamağın Ruslan üçün çətin olduğunu bildirən təcrübəli mütəxəssis deyib: 

“Ruslan möhkəm və ağıllı futbolçudur. O, topu qəbul etməyə və onu bir cinahdan digər cinaha ötürməyə qadir oyunçudur. Lakin Ruslan yalnız aşağı sürətdə yaxşı təsir bağışlayır. Sürət artıqca, sürətli oynamaq onun üçün çətinləşir. Bunu Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqts da mənimlə söhbətində təsdiqləyib. Əgər yaxşı azərbaycanlı futbolçular olarsa, məmnuniyyətlə onu komandama götürərəm. Məsələn, elə "Zenit"dəki Ramil Şeydayevi. Ancaq kimdir onu mənə verən...”.

Burada daha çox diqqət çəkən məhz Foqtsun adının hallanmasıdır. Bilyaletdinov özü də istəmədən maraqlı bir məqamın üstünü açıb. Sən demə Foqts "Rubin"in baş məşqçisi ilə ikili söhbətində Ruslanı tərifləmək əvəzinə onun haqda tənqidi fikirlər söyləməklə Bilyaletdinovun beynini daha da doldurub. Buna qısaca olaraq, “torba” da demək olar.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin