"Neftçi"nin uşaq futbol məktəbinə yeni il hədiyyəsi - FOTO + VİDEO

17:30 20 Dekabr 2014

“Bayıl Arena” da “Neftçi” rəhbərliyinin və klubun uşaq və gənclər futbol bölməsinin məşqçilərinin iştirakı ilə növbəti görüş keçirilib.  

Sportarena.az xəbər verir ki, görüşdə “Neftçi” PFK-nın vitse-prezidenti Elnur Məmmədov, icraçı direktor Mübariz Xudiyev, marketinq şöbəsinin rəisi Zaur Mütəllimov, AFFA icraiyyə komitəsinin qərarı ilə “Neftçi”nin yeniyetmə və uşaq futboluna texniki direktor təyin edilmiş Yan Versleyen, “Neftçi”nin Aşağı yaş qrupu komandalarının kordinatoru Asif Əliyev, seleksiyaçı-məşqçi Səmədağa Şıxlarov və aşağı yaş qrupu komandalarının bütün məşqçiləri iştirak ediblər.   Görüşdə klub prezidenti Sadıq Sadıqovun tapşırığı ilə UEFA tərəfindən “Neftçi”yə ayrılmış vəsait hesabına alınmış yeni avtobus məşqçilərə təqdim edilib. “Neftçi”nin vitse-prezidenti Elnur Məmmədov məşqçilərlə görüşdə bildirib ki, “Neftçi”də aşağı yaş qrupu komandalarının inkişafı hər zaman klub rəhbərliyinin diqqət mərkəzindədir: “Klub prezidenti yerli futbolçuların uğurları və problemləri ilə şəxsən maraqlanır. “Neftçi”nin uşaq futbol məktəbində işlər düzgün qurulub.  Bunun nəticəsidir ki, sırf “Neftçi” yetirmələri - Araz Abdullayev bir neçə il əvvəl Evertonun, son olaraq isə Emil Balayev Almaniyanın “Ayntraxt” klubunun diqqətini cəlb edib”.   “Neftçi”nin icarçı direktoru Mübariz Xudiyev əsas komandanın heyətində yer alan futbolçuların demək olar ki, hamısının öz klubumuzun yetirmələri olduğunu vurğulayıb: “Bu gün əsas komandada oynayan futbolçuların əksəriyyəti sırf “Neftçi” uşaq-futbol məktəbinin yetirmələridir. Gənc oyunçularımız Avropa klubularının diqqətini cəlb edir. Bu onu göstərir ki, biz düzgün yoldayıq. Bunula belə bütün uğurlar məşqçilərin məsuliyyətini daha da artırır”.   Daha sonra texniki direktor Yan Versleyen klub rəhbərliyinə məşqçilər adından təşəkkürünü bildirib: “Neftçi”yə gəldiyim ilk gündən başda klub prezidenti başda olmaqla, rəhbərlik tərəfindən uşaq futboluna xüsusi həssaslıqla yanaşıldığını gördüm. Bu bizim işimizin daha keyfiyyətli alınması üçün önəmli şərtdir. Hər bir böyük klub kubok qazandıqdan sonra onu muzeyə qoyur. O kubok unudulmalı, yeni titul haqda düşünülməlidir. Uşaq futbolunda isə gənc futbolçu əsas komandaya yüksələndən sonra məşqçilər sanki titul qazanmış olur. Geriyə dönüb yeni istedadları yetişdirməlisən. Bizim uğurumuzdur ki, “Neftçi”nin aşağı yaş qrupu komandalarında onlarla istedadlı uşaqlar var”. 

 

 


Digər xəbərlər

Xəbər xətti