Əvəzedicilərin çempionatı: "Xəzər Lənkəran" qələbə qazandı və liderliyə yüksəldi

17:50 20 Dekabr 2014

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən yarışda XVIII turun oyunları keçirilib.

Sportarena.az xəbər verir ki, turun bütün oyunları bu gün baş tutub."Simurq" evdə "Bakı"ya, "Qarabağ" isə "Sumqayıt" 3:1 hesabı ilə qalib gəlib. AZAL səfərdə "Xəzər Lənkəran"a 1:3 hesabı ilə uduzduğu halda, "İnter" lider "Qəbələ"ni böyükhesabla məğlub edib - 5:1.



 

20 dekabr

“Simurq” - “Bakı” - 3:1
Qollar: Oruc Balaşlı, 35; Cavad Kazımov, 76; Vüsal İsgəndərli, 90 // Vasif Rzayev, 45+1-pen

“Qarabağ” - “Sumqayıt” - 3:1
Qollar: Nurlan Əhmədov, 15; Ruslan Hacıyev, 16; Fuad Məmmədzadə, 28 // Samir Abdulov, 11

“Xəzər Lənkəran” – AZAL - 3:1
Qollar: Elsevər Bəkirzadə, 6-pen, 53; Anar Babazadə, 31 // Aydın Qasımov, 72

“Qəbələ” - “İnter” - 1:5
Qollar: Tellur Mütəllimov, 10 // Abdulla Abatsiyev, 19; Elnur Süleymanov, 25; İlkin Sadıqov, 55; Azər Salahlı, 70; Mirzağa Hüseynpur, 90+3


Xəbər xətti