Aqil Məmmədov: "Qarabağ"ın gücünü etiraf edirəm"

19:15 21 Dekabr 2014

Azərbaycan Premyer Liqasının 18-ci turunda “Sumqayıt” səfərdə “Qarabağ”a 0-2 hesabı ilə uduzdu.

Sportarena.az xəbər verir ki, “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov qarşılaşma haqqında bunları söyləyib:

 

"Qarabağ”ın gücünü etiraf edirəm. Həm də qeyd etməliyəm ki, biz də öz oyunumuzu göstərə bilmədik. Yəqin ki, yorğunluq var. “Qarabağ”ı layiqli qələbə münasibəti ilə təbrik edirəm. Yaxşı oyun sərgiləsək də, uduzuruq. Elə olur ki, futboldan birdəfəlik getmək istəyirəm. Yaxşı oynadığımız bəzi oyunlarda qələbə əldə edə bilməmişik”.


Digər xəbərlər

Xəbər xətti