Kamran Ağayev: "Mən heçkimi vurmamışam" - AÇIQLAMA

23:15 21 Dekabr 2014

Nəticə istədiyimiz kimi olmadı. Qələbə qazanmaq istəyirdik, amma alınmadı".

Bu sözləri "Qəbələ"nin qapıçısı Kamran Ağayev deyib. "İnter"lə 1:1 bitən matçın 67-ci dəqiqəsində kobud səhvə yol verən Ağayev buraxdığı kuryoz qol haqda danışıb:

"Vallah, ne deyim. Belə qol buraxdığıma görə xəcalət çəkirəm".

Oyunun 76-cı dəqiqəsində "İnter"in futbolçusu Mikel Alvaronu yumruqla vuran Kamran həmin epizoda da aydınlıq gətirib. Qolkiper rəqibi vurmasıyla bağlı səslənən fikirləri təkzib edib: "Kənardan belə görünə bilər. Amma mən heçkimi vurmamışam. Burda kimisə vurmaqdan söhbət belə gedə bilməz".

Ağayeev sonda rəqibin heyətində Elvin Məmmədovun qırmızı vərəqə almasına da münasibət bildirib: "Qırmızı" idi. Hakim epizoda yaxın idi. Düzgün qərar verdi". (stadium.az)


Digər xəbərlər

Xəbər xətti