Oğuz Çətin “Xəzər Lənkəran”a qayıdacaq?- KLUBDAN RƏSMİ AÇIQLAMA

19:00 22 Dekabr 2014

“Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətinin bu gün klubdan getməsi və postunu tərk etməsi ilə bağlı xəbər yayılıb. 
 

“Qafqazinfo”ya açıqlama verən klubun mətbuat xidməti rəhbəri Hüseyn Cəbrayıloğlu məsələ ilə bağlı hələlik heç bir rəsmi qərarın olmadığını deyib: “Mətbuatda  “Xəzər Lənkəran” haqqında yazılan son informasiyaları izləyirik.Sadəcə hazırki durumda konkret heç bir qərar verilməyib. Dünən komandamız dövrələr arası fasilə ərəfəsindəki son oyununu keçirib və istirahətə buraxılıb.Hər bir komandadan bu fasilə ərəfəsində göndərilən və heyətə yeni cəlb olunan futbolçular olur.Hazırda klubda bu barədə qərar verilməyib.O cümlədən baş məşqçimiz Oğuz Çetin də günorta saatlarında istirahətlə əlaqədar vətəninə yola düşüb.Yaxın günlərdə klub tərəfindən hazırlıqla bağlı ətraflı açıqlama veriləcək.


Xəbər xətti