"Qəbələ" rəsmisi: "Kamran cəzalanacaq" - AÇIQLAMA

20:02 22 Dekabr 2014

Premyer Liqanın 18-ci turu çərçivəsində "Qəbələ" - "İnter" oyunu zamanı meydan sahiblərinin qapıçısı Kamran Ağayevin paytaxt təmsilçisinin futbolçusu Mikel Alvaronu vurması və hakim tərəfindən cəzalandırılmaması mübahisəli epizodlardan biri oldu. Goal.az bu epizodla əlaqədar "Qəbələ" klubunun baş meneceri Zaur Əzizovun fikirlərini öyrənib:

 

"Kamran Ağayevlə daha ciddi söhbətimiz olacaq. Bu yolverilməzdir. Biz də pisliyirik bu hərəkəti. Klub ona qarşı lazımı tədbirlər alacaq. Bundan sonrası Kamranın özünə qalıb. Sözsüz ki, o, klub tərəfindən cəzalanacaq. Onun hərəkətinin heç bir bəhanəsi ola bilməz".


Xəbər xətti