AFFA Klublar Komitəsi qərar verdi : "Bakı"dan futbolçu almaq qadağan edildi

00:40 23 Dekabr 2014

AFFA Klublar Komitəsi yeni qərar qəbul edib.

Sportarena.az xəbər verir ki, komitənin qəbul etdiyi qərara əsasən, ən azı yaya qədər heç bir klub "Bakı"dan futbolçu almayacaq. Bu barədə isə saytımıza açıqlamasında Klublar Komitəsinin sədri Tuyqun Nadirov açıqlama verdi: "Bir neçə məsələ müzakirə olundu. Qəbul olunan əsas qərar isə “Bakı”yla bağlıdır. Qərarə gəldik ki, “Bakı”nın maddi durumu nəzərə alaraq, heç birimiz o klubdan futbolçu qaçırmayacağıq, şirnikləndirməyəcəyik. Ən azı yaya kimi biz hamımız futbolun inkişafını istəyirsiksə, kluba imkan verməliyik ki, özləri öz problemlərini həll etsinllər. Təbii ki, kimsə pul ödəyib, qarşılıqlı razılaşma əsasında transfer etsə, bu başqa məsələ. Bir futbolçuya “iki aydı maaş almırsan, o klubda niyə qalmısan, gəl bizdə oyna” deyilməyəcək. Çox sevindirici haldı ki, bütün klublar bu məsələdə həmfikirdi. Bu bizim “Bakı”ya bir jestimizdi". (stadium.az)


Xəbər xətti