İtaliya Superkubokunun sahibi məlum oldu

02:07 23 Dekabr 2014

İtaliya Superkuboku uğrunda “Yuventus” və “Napoli” arasında qarşılaşma keçirilib.

Sportarena.az xəbər verir ki, həlledici oyunda 90 dəqiqədə tərəflər  hərəyə 1 dəfə fərqlənib. Əsas vaxta əlavə edilən 30 dəqiqədə komandalar  yenə hərəyə bir qol vurub. Qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. Burada isə “Napoli” daha dəqiq oynayaraq, İtaliya Superkubokuna sahib olub – 5:6.


Qeyd edək ki, ötən mövsüm “Yuvestus” A seriyasını, “Napoli” isə ölkə kubokunu qazanıb.

 

 

İtaliya Superkuboku

 

22 dekabr

 

“Yuventus” (Turin) – “Napoli” (Neapol)  2:2 (penaltilər seriyası 5:6)

Qollar: Teves, 5, 106 - İquain, 68, 118 


Digər xəbərlər

Xəbər xətti