Yunis Hüseynov "Xəzər Lənkəran"ın baş məşqçisi olmaqdan imtina etdi ?

12:00 23 Dekabr 2014

"Xəzər Lənkəran"da baş məşqçi istefası reallaşıb. Rəhbərlik türkiyəli məşqçi Oğuz Çətini istefaya göndərib. Yeni baş məşqçinin kimliyi isə hələlik bilinmir.

 

Rəhbərlik bu postu klubun idman direktoru Yunis Hüseynova həvalə etmək istəsə də Hüseynov bundan imtina edib.

 

Buna səbəb isə komandanın fasilədən sonra daha çox gənclərə bel bağlayacağı ilə bağlıdır. Hüseynov isə bu riskin altına girmək istəməyib. (rekord.az)


Xəbər xətti