"Barselona"nın futbolçusundan görünməmiş driblinq - VİDEO

00:30 24 Dekabr 2014

“Barselona”ya böyük ümidlərlə transfer edilən Neymar artıq indidən kataloniyalı azarkeşlərin qəlbində taxt qurub. 22 yaşlı istedadlı futbolçunun vurduğu qollar, fantastik driblinqləri gələcəkdə Messinin yerini tutacağından xəbər verir.

 

Sportarena.az xəbər verir ki, sıx oyun qrafikinə baxmayaraq, o, xeyriyyə oyunlarında iştirak etməyə də vaxt tapır.

 

Brazilyada növbəti xeyriyyə oyununda iştirak edən braziliyalı tribunaları coşdurmağı bacarıb. Kaka və Kafu kimi əfsanələrin yer aldığı komandanı meydana kapitan kimi çıxaran Neymar mükəmməl driblinq göstərərək tamaşaçılardan gurultulu alqış alıb.

 

Cari mövsümdə 18 rəsmi oyuna çıxan hücumçunun aktivində 14 qol var.

 

 


Digər xəbərlər

Xəbər xətti