“Xəzər Lənkəran”da baş məşqçinin köməkçiləri məlum oldu

12:46 24 Dekabr 2014

“Xəzər Lənkəran”da Oğuz Çətinin istefasından sonra məşqçilər heyətinə yeni təyinatlar açıqlanıb.

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, artıq yeni baş məşqçi Elbrus Məmmədovun köməkçiləri bəllidir.

 
E.Məmmədova əsas komandada qapıçılar üzrə məşqçi Vidadi Hüseynov və fiziki-hazırlıq üzrə məşqçi Covanni Melkiorre kömək edəcəklər. Əvəzedici komanda isə Hafiz Əliyevə tapşırılıb.

 
 Qeyd edək ki, Oğuz Çətinlə yanaşı, onun köməkçiləri Mustafa Eskisoy və Murat Göksu da “Xəzər Lənkəran”dan ayrılıb.


Xəbər xətti