"Qarabağ"da 100-ə çatan ilk braziliyalı

14:32 24 Dekabr 2014

Ağdamın “Qarabağ” klubunun futbolçusu Riçard Almeyda komandasının heyətində 100-cü matçını keçirib.

Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, yubiley matçı Topaz Premyer Liqasının XVIII turunun “Sumqayıt”la qarşılaşmasına təsadüf edən 25 yaşlı yarımmüdafiəçi bu matçadək 99 görüşdə 23 qol vurmuşdu.

 

Nəticəsi ləğv olunan oyunlar nəzərə alınmamaqla, yubiley qarşılaşmasına çıxan Almeyda “Qarabağ”da 100 oyun keçirən ilk braziliyalı kimi tarixə düşdü. O, bu matçların 73-nü Premyer Liqa, 8-ni kubok, 19-nu avrokuboklarda keçirib.

 

 

2012/13 mövsümü

Çempionat – 30 (13)

Kubok – 4 (1)

2013/14 mövsümü

Çempionat – 28 (6)

Kubok - 3

Avropa Liqası – 7 (1)

2014/15 mövsümü

Çempionat – 15 (1)

Kubok – 1 (1)

Çempionlar Liqası - 4

Avropa Liqası - 8

Cəmi – 100 (23)

Çempionat – 73 (20)

Kubok – 8 (2)

Çempionlar Liqası - 4

Avropa Liqası – 15 (1)


Xəbər xətti