"Lionel Messi bənzərsiz oyunçudur" - AÇIQLAMA

13:17 25 Dekabr 2014

Ötən yay karyerasını "New York City" klubunda davam etdirməyi qərara alan David Vilya "Qızıl top" mükafatı haqqında fikirlərini bildirib.

Sportarena.az xəbər verir ki, təcrübəli hücumçu keçmiş komanda yoldaşı Lionel Messiyə təriflər yağdırıb.

"Həmişə Lionel Messi barədə danışmışam. Buna yenə sadiq qalacam. Məncə, qol vurub-vurmamasından asılı olmayaraq, Messi dünyanın 1 nömrəsidir. Futbol meydançalarında onun kimi oynayan ikinci bir insan görməmişəm. Leo bənzərsiz, unikal oyunçudur. "Qızıl top"un hansı kriteriyalara əsaslandığını bilmirəm. Bəzən dünya çempionatındakı çıxış nəzərə alınır, bəzən yox. İstənilən halda hər il kimin ən yaxşı futbolçu olduğu məlumdur".


Xəbər xətti