"Qarabağ"ın müdafiəçisi : "Xarici klublardan təklif alsam....." - AÇIQLAMA

14:15 25 Dekabr 2014

"Qarabağ"ın müdafiəçisi Qara Qarayev klubundan ayrılmaq istəmədiyini bildirib.

Sportarena.az xəbər verir ki, bununla yanaşı, futbolçu komandasını dəyişəcəyini də istisna etməyib.

 

22 yaşlı milli üzvü "Qarabağ"dakı mühitdən də danışıb: "Əla kollektiv, möhtəşəm baş məşqçimiz var. Komandaya yeni qatılanlar Qurban Qurbanovun zəhməti sayəsində qısa zaman kəsiyində digər oyunçularla meydanda dil tapa bilirlər. "Qarabağ"la müqaviləm ömürlükdü. Ancaq güclü çempionatda iştirak edən xarici klubdan təklif alsam, özümü saxlamaya da bilərəm".


Digər xəbərlər

Xəbər xətti