“Xəzər Lənkəran”la yolları ayıran Rauf Əliyev "Neftçi" ilə razılığa gəlib

15:27 25 Dekabr 2014

Heyətdə yerli futbolçuların sayını artırmağı qarşısına məqsəd qoyan “Neftçi”nin növbəti hədəfi bəllidi. “Ağ-qaralar” “Xəzər Lənkəran”la yolları ayıran Rauf Əliyevlə danışıq aparır. 

 

Artıq şifahi razılıq əldə olunub. Qeyri-adi nəsə baş verməsə, millinin forvardını yanvardan sonra ağ-qara formada görəcəyik.

 

Əliyev Fanat.az-a verdiyi açıqlamada informasiyanı təsdiqləyib: “Bəli, “Neftçi”yə keçmək variantım var. Hazırda danışıqlar gedir”.

 

Qeyd edək ki, Rauf Əliyev "Xəzər Lənkəran"dan əvvəl "Qarabağ" və "Bakı"nın formasını geyinib.


Digər xəbərlər

Xəbər xətti