SON XƏBƏR - "Xəzər Lənkəran"dan ayrılan futbolçu "Qəbələ"yə keçə bilər

16:34 25 Dekabr 2014

"Xəzər Lənkəran"la yollarını ayıran Rəşad Sadiqov karyerasını "Qəbələ"də davam etdirəcəyi xəbərləri gəzir.

Sportarena.az xəbər verir ki, hətta onun yaxın günlərdə müqavilə imzalayacağı da bildirilir.Bu məsələ ilə bağlı "Qəbələ" klubunun meneceri Səbuhi Səfiyarlı Goal.az-a açıqlama verib.

 

"Bu barədə dəqiq nəsə demək tezdir. Rəşad yaxşı oyunçudur. Hər bir komanda istəyər ki, onu heyətində görsün. Yüksək yerləri qarşısına məqsəd qoyan hər bir komandaya Rəşad kimi futbolçu lazımdır. Hələki konkret bir şey yoxdur. Baş məşqçi ilə məsləhətləşməliyik. Eyni sözü həm Rauf, həmdəki Əfran haqqında demək olar".


Digər xəbərlər

Xəbər xətti