"Qarabağ"ın məşqçisi "Xəzər-Lənkəran"da çalışa bilər

20:47 25 Dekabr 2014

Oğuz Çətinin istefasından sonra “Xəzər Lənkəran”ın baş məşqçisi postuna gətirilən Elbrus Məmmədov özünə daha bir köməkçi-məşqçi götürəcək. Bu, cənub klubunun və Azərbaycan yığmasının sabiq futbolçusu Zaur Həşimov ola bilər.

 

Hazırda “Qarabağ”ın U-19 komandasının baş məşqçisi olan Həşimova təklif Məmmədovun özündən gəlib. Ancaq Həşimov hələlik təklifə cavab verməyib. Düşünmək üçün vaxt istəyən Həşimov qərarını yaxın günlərdə açıqlayacaq.

 

Məmmədovun digər köməkçiləri isə qapıçılar üzrə məşqçi Vidadi Hüseynov və fiziki-hazırlıq üzrə məşqçi Covanni Melkiorre olacaq. (apasport)


Xəbər xətti