Qış çempionu olan Fizuli Məmmədovun komandası "Qalib ol" verilişinin qonağı oldu

18:00 28 Dekabr 2014

"İnterAz" televiziyasında "Qalib ol" verilişinin növbəti buraxılışı efirə yayımlanıb.

Sportarena.az xəbər verir ki, bu 2014-cü ilin son verilişi olub. Veriliş ardıcıl 10 oyundur qələbə qazanan və qış çempionu olan "Rəvan"ın U-19 komandasına həsr olunub. Verilişdə komandanın baş məşqçisi Fizuli Məmmədov hazırda olan durumdan və futbolçuların əzmkarlığından danışıb, komandanın son uğurlarını diqqətə çatdırıb. Verilişdə həmçinin digər məşqçilər və futbolçular da fikirlərini bölüşüblər. Futbolçular mövsümü çempionu kimi başa vurmağı arzulayıblar.


Xəbər xətti