"Xəzər-Lənkəran" 5 futbolçunun razılığını aldı

13:49 29 Dekabr 2014

Oğuz Çətinin istefasından sonra “Xəzər Lənkəran” digər mühüm qərarlar da qəbul etdi. Əvəzedici komandanın baş məşqçisi Elbrus Məmmədovu əsas komandaya gətirən Lənkəran klubu maaşları da azaltmağa qərar verdi. Kim bu qərarla razılaşmadı klubu tərk etdi, razılaşanlar isə “Xəzər Lənkəran”ın formasını geyinməkdə davam edəcəklər.

Sportarena.az xəbər verir ki, artıq 5 futbolçu maaşlarının azaldılması qarşılığında oynamağa razılıq verib.

 

Bunlar Alfred Sanko, Salido Tounkara, Ağabala Ramazanov, kapitan Rahid Əmirquliyev və Tural Cəlilovdur. Rasim Ramaldanov isə fikirləşmək üçün rəhbərlikdən vaxt istəyib və Yeni İldən sonra qəti qərarını rəhbərliyə açıqlayacaq.


Digər xəbərlər

Xəbər xətti