"İnter" azarkeşləri 2014-cü ilin ƏN YAXŞILARINI AÇIQLADI

14:48 29 Dekabr 2014

"Tiffozi İnter” fanklubunun rəhbərliyi, idarə heyyəti və fəal üzvlərinin iştrakı ilə ilin yekunlarına dair iclas keçirilib.

 

Sportarena.az xəbər verir ki, iclası giriş sözü ilə fanklubun prezidenti Ruslan Muradov açıb tədbir iştrakçılarını salamladı.Sözünün davamında Ruslan Muradov il ərzində komandanı daim dəstəkləyən və daim komandanın yanında olan hər bir azərkeşə öz təşəkkürünü bildirdi.

 

Fanklub prezidentinin çıxışından sonra "Tiffozi İnter” fanklubunun üzvlərinin səsverməsi nəticəsində il ərzində mövqelər üzrə özlərinin ən yaxşı tərəfdən göstərən futbolçularının və fanklubun ən çılğın azərkeşinin seçimi başladı.
Səs vermə nəticəsində "İnter” futbol klubunda 2014-cü ilin ən yaxşıları aşağıdakılar oldu:

 

1. Qapıçı – Səlahət Ağayev,ilk 11-də daim meydana çıxmış və komandanın qələbə qazanması üçün əlindən gələni etmişdir.


2. Sağ cinah müdafiəçisi -  Məhəmməd Mirzəbəyov,komandanın ən fəal oyunçularından biri olmuş və cinah boyu komandanın hücumlarına qoşularaq vaacib qollar vurmuşdur.

3. Sol cinah müdafiəçisi -  Arif Daşdəmirov,daim mübarizəyə qoşulmuş və bir çox cinah hücumlarının qarşısını uğurla almışdır.

4. Mərkəz müdafiəçisi - Laşa Salukvadze,təcrübəsi sayəsində stabil oyun sərgiləmişdir.

5. Dayaq yarımmüdafiəçisi - Derlis Meza Koli,dayaq yarımmüdafiəçisindn əlsavə pleymeyker funksiyasını da yerinə yetirmiş və komanda yoldaşlarına bir çox qol ötürməsi etmişdir.

6. Sağ cinah yarımmüdafiəçisi -  Mikel Alvaro,yarımmüdafiəçi olmasına baxmayaraq hücumlara fəal qoşulmuş və bu mövsümün ilk yarısında komandanın ən sərrast oyunçusu olmuşdur.

7. Sol cinah yarımmüdafiəçisi -  Elvin Məmmədov,bir çox oyunlarda meydana sonradan daxil olmasına baxmayaraq komandanın oyununa canlanma gətirmişdir.

8. Hücumçu -  Franka Junior Nildo,qısa bir zamanda baş məşqçinin etimadını qazanmış və rəqib komandanın müdafiəçilərinə başağrı olmaqla vaacib qollara imza atmışdır.

9.Komandanın ən yaxşı əcnəbi oyunçusu -  Mikel Alvaro.

10. Komandanın ən yaxşı yerli oyunçusu -  Coşqun Diniyev.

11. 2014-cü iln transferi -  Franka Junior Nildo.

Komandanın ən yaxşıları seçiləndən sonra "Tiffozi İnter” fanklubunun ən çılğın azərkeşinin seçiminə start verildi.

Fanklub rəhbərliyi və idarə heyyət üzvlərinin iştrakı ilə keçirilən səsvermə nəticəsində 2014-cü ilin ən fəal azərkeşi "Tiffozi İnter” fanklubun üzvü Fəxrəddin Quliyev seçilib.


Xəbər xətti