"Xəzər Lənkəran" Qattuzo xəbərini TƏKZİB ETDİ

15:29 29 Dekabr 2014

İtaliya mətbuatı Yunanıstanın OFİ klubunun baş məşqçisi Cennaro Qattuzonun "Xəzər Lənkəran"ı çalışdıracağına dair iddia ortaya atıb.Son aylarda bir neçə dəfə Azərbaycan futbolu ilə adı birgə çəkilən bu məşqçinin indi də cənub klubuna gələcəyi bildirilir.

Lakin klubun mətbuat xidmətindən aldığımız məlumata görə, bu xəbərlər həqiqəti əks etdirmir: "Biz Qattuzo ilə heç bir danışıq aparmırıq. Bu, daha çox 1 aprel zarafatına bənzəyir".

 


Xəbər xətti