"Azərbaycanda xırda proses baş verən kimi hay-küy qaldırırlar" - AÇIQLAMA

18:10 29 Dekabr 2014

"Azərbaycanın uğurlu yolu bəzilərini qane etmir. Bu, ya qısqanclıqdandır, ya da ölkəmizin inkişafı heç kimi qane etmir".

Bunu gənclər və idman naziri Azad Rəhimov 2014-cü ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, bəzi ölkələr tərəfindən Azərbaycana təzyiq göstərilməsi cəhdləri olur: "Görürlər ki, Azərbaycan müstəqil siyasət yürüdür. Azərbaycanı Suriya, İraq, Liviyaya çevirə bilmirlər. Bu səbəbdən Azərbaycanda xırda proses baş verən kimi hay-küy qaldırırlar".

A.Rəhimov əcnəbi jurnalistlərdən birinin Bakıya səfərindən yazdığı yazıdan sitatlar gətirərək, qeyd olunan fikirlərin tam qərəzli olduğunu vurğulayıb: "Yazıb ki, böyük yarışları pulla almışıq. Belə çıxır ki, elə özünün təriflədiyi Avropa korrupsiyalaşıb, ona görə də biz onlardan pulla yarış almışıq. Tofiq Bəhramov adına Respublika stadionunun yarıyadək dağıldığını iddia edir. Məgər Avropada 1953-cü ildə tikilən və ən müasir tələblərə uyğun yenidən qurularaq, FİFA-dan 5 ulduz alan stadion var? Guya Avropa Oyunlarına 6,5 milyard funt xərcləmişik. Halbuki indiyədək cəmi 310 milyon manat təşkilati işlərə vəsait sərf olunub. İdman obyektlərinin tikintisi isə öncədən dövlət büdcəsinin investisiya proqramına salınmışdı".


Digər xəbərlər

Xəbər xətti